
Sulşeri o əvəz edəcək
İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi Ole-Qunnar Sulşer yaxın zamanda istefaya göndəriləcək.
Komanda.az xəbər verir ki, “qırmızı-şeytanlar”ın rəhbərliyi norveçli mütəxəssislə yolların ayrılması barədə qərar qəbul edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Sulşeri müvəqqəti olaraq köməkçi-məşqçi Darren Fletçer əvəzləyəcək.
“Mançester Yunayted” Premyer Liqada 7-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin