MY onun üçün 90 milyon avro ödəməyə razıdır

İngiltərənin “Mançester Yunayted” klubu “Borussiya”nın (Dortmund, Almaniya) futbolçusu Ceydon Sançonu transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb. “Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçi üçün “Borussiya”ya 90 milyon avro ödəməyə hazırdır. “Qırmızı şeytanlar” yayda ingilis futbolçu üçün rəsmi danışıqlara başlayacaq.

Sançonun “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 24 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button