“Mançester Siti”nin futbolçusu koronavirusa yoluxdu
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin de Bruyne koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola açıqlama verib. O, belçikalı yarımmüdafiəçinin koronavirusa yoluxduğunu bildirib.
Bruyne karantinə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin