“Mançester Siti” qapısına 3 qol vuran futbolçunu istəyir
İngiltərənin “Mançester Siti” klubu “Leyptsiq”in futbolçusu Kristofer Nkunku ilə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “şəhərlilər”in 23 yaşlı fransalı yarımmüdafiəçi üçün ilkin danışıqlara başlayacağı bildirilib.
Nkunku Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən “Mançester Siti” – “Leyptsiq” matçında (6:3) het-trik edib.
Nkunkunun “Leyptsiq”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Onun “transfermarkt”da dəyəri 43 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin