“Kral Kun”

İngiltərənin “Mançester Siti” klubu karyerasını bitirən keçmiş futbolçusu Serxio Aqueroya vida edib.

Komanda.az xəbər verir ki, “şəhərlilər” “tvitter” hesabında etdiyi paylaşımda bunları qeyd edib:

“Kral Kun. “Mançester Siti”dəki son 10 ilində klubun uğurlarında böyük əməyin oldu. Sənə təşəkkür etmək və bundan sonrakı həyatında uğurlar arzu etmək istəyirəm”.

Aquero 2011-2021-ci illərdə “Mançester Siti”də çıxış edib. Onun son klubu “Barselona” olub.

Aquero ürəyində olan problemə görə karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button