“Mançester Siti” Fatiyə “elçi düşüb”
İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın futbolçusu Ansu Fatiylə maraqlanır.
Komanda.az xəbər verir ki, “şəhərlilər” 18 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.
“Mançester Siti” bu yay Fatini transfer etmək üçün “Barselona”ya təklif göndərsə də, cavab “yox” olub. Premyer Liqa klubu qışda ispan futbolçunu heyətinə qatmaq üçün növbəti cəhdini edəcək.
“Barselona” argentinalı hücumçu Lionel Messinin komandanı tərk etməsindən sonra 10 nömrəli formanı Fatiyə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin