Çempionlar Liqasının final matçının hakimləri açıqlandı
İngiltərənin “Mançester Siti” ilə “Çelsi” komandaları arasında keçiriləcək Çempionlar Liqasının final matçının təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, mayın 29-da keçiriləcək qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Antonio Mateu Laos olacaq. Ona yan xətt hakimləri Pau Serbian Devis və Roberto del Palomar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Karlos del Serro Qrande yerinə yetirəcək. VAR hakimi Alexandro Xose Ernandes olacaq.
Qarşılaşma mayın 29-da, Türkiyədə – İstanbulda keçirilməlidir. Lakin qarşılaşmaya ev sahibliyinin Türkiyədən alınacağı gündəmdədir. UEFA bununla bağlı yaxın günlərdə rəsmi qərarını açıqlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin