“Liverpul” üçün 3,5 milyard avro təklif edildi
İngiltərənin “Liverpul” klubunun sahibi “Fenway Sports Group” şirkəti klubu satmaq istəməyib.
Komanda.az xəbər verir ki, adı açıqlanmayan bir şirkət Mersisayd təmsilçisinin səhmləri üçün 3,5 milyard avro təklif edib. Bu barədə “Mirror” nəşri məlumat yayıb. “Liverpul”un sahibi Con Henri klubu satmaq istəməyib və təklifi rədd edib.
“Fenway Sports Group”un rəhbəri Henri 2010-cu ildə “Liverpul”un səhmlərini 348 milyon avroya alıb. Şirkət bir müddət əvvəl klubun səhmlərinin 10 faizini “RedBird Capital” şirkətinə satıb.
“Liverpul” hazırda Premyer Liqada 6-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin