“Liverpul” azarkeşləri Mbappenin transferi üçün hərəkətə keçdi

İngiltərənin “Liverpul” klubunun iki azarkeşi PSJ-dən Kilian Mbappenin komandaya transfer edilməsi üçün pul toplamağa başlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fanatlar artıq pul toplama aksiyasına start veriblər. Onlar, “Liverpul”un dünyada 100 milyondan çox azarkeşinin olduğunu bildirərək, fanatlardan hərəyə 2,5 funt-sterlinq ianə etməsini istəyib. Aksiyada hədəf 250 milyon funt-sterlinq toplamaqdır.

“Liverpul” hazırda Premyer Liqada 8-ci sıradadır.

Mbappenin “transfermarkt”da dəyəri 180 milyon avrodur.