Salah ardıcıl 3-cü dəfədir ki…
İngiltərənin “Liverpul” klubunda oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, misirli hücumçu Məhəmməd Salahdır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Salah ardıcıl 3-cü dəfə bu mükafatı qazanır.
29 yaşlı futbolçu ötən ay iştirak etdiyi 5 matçda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin