
“Liverpul” futbolçusunu geri qaytarır
İngiltərənin “Liverpul” klubu “Ştutqart”a icarəyə verdiyi futbolçusu Nataniel Fillipsi qışda geri qaytaracaq.
Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi 2-ci Bundesliqa təmsilçisində möhkəmlənə bilməyib.
“Ştutqart” Fillipsi mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.
Müdafiəçi yanvarda “Liverpul”un düşərgəsinə qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin