Türkiyə millisinin üzvü “Liverpul”da

İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi “Şalke”dən Ozan Kabakı heyətinə qatıb. Bu barədə “NTV Spor” məlumat yayıb. Xəbərdə, Ozanın mövsümün sonuna qədər icarə əsasında “Liverpul”da çıxış edəcəyi bildirilib.

“Liverpul” yayda 20 yaşlı futbolçunun transfer hüquqlarına sahib ola bilər.

“Şalke” ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Ozan bu mövsüm Bundesliqada 14 oyuna çıxıb. Müdafiəçi Türkiyə yığmasına da dəvət olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button