“Liverpul” Salahı ən çox qazanan futbolçu edə bilər
İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb. Xəbərdə, Mersisayd təmsilçisinin misirli hücumçuya illik 29 milyon avro qazanacağı müqavilə təklif edəcəyi bildirilib.
“Liverpul” bu şərtlərlə Salahla yeni sözləşmə imzalasa, 29 yaşlı hücumçu Premyer Liqada illik ən çox maaş alan futbolçu alacaq.
Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin