Kannavaro ilə görüş

İngiltərənin “Everton” klubunda baş məşqçi postuna axtarışlar davam edir.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi İtaliya yığmasının sabiq futbolçusu, son olaraq Çinin “Quançjou” klubunda çalışan Fabio Kannavaro ilə danışıqlar aparır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, “Everton” nümayəndələrinin Kannavaro ilə görüşdüyü və təkliflərini bildirdiyi qeyd olunub.

“Everton”u hazırda müvəqqəti olaraq Dankan Ferqyuson çalışdırır.

Kannavaro futbolçu kimi İtaliya yığması ilə DÇ-2006-nın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button