“Mən məşqçiyəm, koronavirusu araşdıran alim yox”
İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Tomas Tuxel komanda üzvlərini koronavirusa qarşı peyvənd olunmağa məcbur etmir.
Komanda.az xəbər verir ki, bu barədə alman mütəxəssis “The Telegraph” nəşrinə açıqlamasında deyib:
“Komanda üzvləri vaksinasiya üçün məcbur deyil. Düşünürəm ki, peyvənd bizi yaxşı müdafiə edir. Mən özüm peyvənd olunmuşam və qərarı özüm qəbul etmişəm. Kimdənsə məsləhət almamışam.
Mən məşqçiyəm, koronavirusu araşdıran alim yox. Koronavirusla bağlı sualları bu sahənin ixtisaslaşmış həkimlərinə verin”.
“Çelsi”də yarımmüdafiəçi Nqolo Kante koronavirusa yoluxub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin