“Çelsi”nin hücumçusu “Beşiktaş” yolunda
İngiltərənin “Çelsi” klubunun futbolçusu Mişi Batşuayi karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, belçikalı hücumçu “Beşiktaş” klubu ilə danışıqlar aparır. Bu barədə Super Liqa komandasının baş məşqçisi Sərgən Yalçın yerli mətbuata açıqlamasında deyib:
“Batşuayi ilə maraqlanırıq. Tərslik olmazsa, yaxın zamanda İstanbula gələcəyini düşünürəm”.
2016-cı ildən “Çelsi”də çıxış edən Batşuayi, ötən mövsümü icarə əsasında “Kristal Pelas”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin