Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Brayton” klubu futbolçusu Ben Uaytın müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uayt son mövsümü icarə əsasında “Lids”də keçirib. Premyer Liqanın debütantı müdafiəçini heyətinə qatmaq istəyirdi. “Lids” Uayt üçün 22,5 milyon avro təklif etsə də, “Brayton” bununla razılaşmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button