Premyer Liqanın daha bir klubu karantinə alınır – rəsmi
İngiltərənin “Bornmut” klubunun qapıçısı Artur Boruç koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, 39 yaşlı qapıçının verdiyi koronavirus testinin müsbət çıxdığı bildirilib.
Boruçla yanaşı, “Bornmut”un dörd işçisində də koronavirus aşkarlanıb. Bu səbəbdən klub karantinə alınacaq.
İngiltərə Premyer Liqasında bundan əvvəl “Arsenal”ın baş məşqçisi, “Lester”, “Çelsi” və “Everton”un futbolçularında da koronavirus aşkarlanmışdı.
Premyer Liqa rəhbərliyinin çempionatı təxirə salacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin