“Liverpul”a keçmək istəyir – İngiltərə millisinin üzvü

İngiltərənin “Aston Villa” klubunun futbolçusu Cek Qriliş qış transfer pəncərəsi dövründə komandanı tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, 25 yaşlı yarımmüdafiəçinin “Liverpul”a keçmək istədiyi bildirilib.

“Liverpul”un baş məşqçisi Yurgen Klopp da Qrilişi bəyənir və onu komandasında görmək istəyir. İngilis yarımmüdafiəçinin Mersisayd klubuna keçidi qışda reallaşa bilər.

Qriliş bu mövsüm “Aston Villa” ilə Premyer Liqada 11 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə edib. İngiltərə yığmasına da dəvət alan futbolçunun “transfermarkt”da dəyəri 50 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button