Artetaya vaxt qoyublar

İngiltərənin “Arsenal” komandasının baş məşqçisi Mikel Artetaya oktyabr ayına qədər vaxt verilib.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. İspan mütəxəssis oktyabra qədər komandanın durumunu yaxşılaşdırmalıdır.

Mövsümə iki məğlubiyyətlə başlayan “topçular” hazırda Premyer Liqada 19-cu sıradadır. Arteta komandanı yuxarı sıralara qaldıra bilməsə, vəzifəsindən göndəriləcək.

“Arsenal” oktyabra qədər beş oyun keçirəcək. London təmsilçisi “Mançester Siti”, “Norviç”, “Bernli”, “Tottenhem” və “Brayton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button