“Arsenal”: 1932-ci ildən sonra ilk dəfə…
İngiltərənin “Arsenal” komandası Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda səfərdə Çexiya “Slaviya”sını 4:0 hesabıyla məğlub edib.
Komanda.az “OptaJose”yə istinadən xəbər verir ki, “topçular” bütün turnirlər daxil olmaqla, ardıcıl 4 səfər matçında 3 və daha çox qol vurmağı bacarır. “Arsenal” bu göstəricidə klub rekordunu təkrarlayıb. London təmsilçisi sonuncu dəfə 1932-ci ilin dekabrında ardıcıl 4 səfər matçında 3 və daha çox qol vura bilib.
“Arsenal” bundan əvvəlki səfər matçlarında “Şeffild Yunayted”i 3:0, “Olimpiakos”u 3:1 hesabıyla məğlub edib, “Vest Hem”lə isə bərabərə qalıb – 3:3.
“Arsenal” Avropa Liqasının 1/4 final mərhələsində “Slaviya”nı mübarizədən kənarlaşdırıb (ilk oyun 1:1, cavab matçı 4:0). “Topçular” yarımfinalda İspaniya “Vilyarreal”ı ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin