“Qarabağ”ın rəqibi “Arsenal”dan futbolçu alır

İngiltərənin “Arsenal” klubunun futbolçusu Sead Kolaşinaç karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə “Marsel” klubu yaxından maraqlanır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

“Marsel” Kolaşinaçın keçidini bu ay ərzində həll etmək istəyir. “Arsenal” bosniyalı müdafiəçini satmağa razıdır.

“Marsel” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button