
İngiltərəli futbolçu “Real”da – Rəsmi
“Real” “Liverpul”dan ayrılan müdafiəçi Trent Aleksander-Arnoldu transfer edib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü ilə 30 iyun 2031-ci il tarixədək qüvvədə olan müqavilə imzalanıb.
Trent Aleksandr-Arnold “Liverpul”un yetirməsidir. 26 yaşlı sağ cinah müdafiəçisi başa çatan mövsümdə Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 44 oyunda 4 qol vurub, 8 qol ötürməsi edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



