Koutinyo üçün daha bir “elçi”
İcarə əsasında “Bavariya”da çıxış edən “Barselona”nın futbolçusu Filippe Koutinyo İngiltərənin daha bir klubunun maraq dairəsindədir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti” braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Koutinyonu komandasında görməkdə maraqlıdır.
Bundan başqa, “Arsenal”ın Koutinyonu icarəyə götürmək üçün qarşı tərəflə danışıqlara başlamağa hazır olduğu bildirilir. “Barselona” futbolçunu icarəyə verəcəyi halda, məvacibinin bir qismini öhdəsinə götürməyə də hazırdır.
Daha əvvəl Koutinyo ilə “Tottenhem”, “Everton” və “Nyukasl”ın da maraqlandığı bildirilirdi.
“Barselona” ilə müqaviləsi 2023-cü ilin yayında bitəcək 28 yaşlı futbolçu daha əvvəl Premyer Liqada “Liverpul”un şərəfini qoruyub.
Bizi Facebook-da izləyin