
İngiltərə və Almaniya klubları Arauxonu istəyir
İcarə əsasında Portuqaliyanın “Jil Visente” klubunda çıxış edən “Benfika”nın müdafiəçisi Tomas Arauxo yayda komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının və Almaniya Bundesliqasının adı açıqlanmayan klubları 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Arauxo 2022/23 mövsümündə “Jil Visente”nin heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin