“İngiltərə üçün qaranlıq gün”

2025-ci ilin əvvəlindən İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının almaniyalı mütəxəssisi təyin etməsinə heç də bütün ingilislər sevinməyib. Belə ki, “Daily Mail” nəşrinin yeni buraxılışında “İngiltərə üçün qaranlıq gün” başlıqlı yazı dərc edilib.

Tuxel əvvəllər “Çelsi”ni çalışdırıb. Onun son iş yeri “Bayern” olub. O, ötən mövsümünün sonunda Münhen klubundan ayrılıb.

Li Karsli hazırda müvəqqəti olaraq İngiltərə yığması ilə işləyir. Onun rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasında mövsümün 4 oyununda 9 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button