Premyer Liqa matçı koronavirusa görə təxirə salındı
İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində sabah keçirilməli olan “Everton” – “Nyukasl” matçı təxirə salınıb.
Komanda.az xəbər verir ki, qarşılaşma “Nyukasl”ın heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən əvvəlcədən nəzərdə tutulduğu tarixdə baş tutmayacaq.
İngiltərə mətbuatının xəbərinə görə, “Nyukasl”ın 13 üzvündə koronavirus aşkarlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin