“Mançester Yunayted” “Çelsi”ni darmadağınla yola saldı
İngiltərə Premyer Liqasında 2019/20 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, ilk turun görüşləri 3 günü əhatə edib. Açılış oyununda “Liverpul” debütant “Norviç”i qəbul edib və darmadağına sevinib.
Son çempion “Mançester Siti” bu turda “Vest Hem” səfərinə yollanıb və 5 cavabsız qolla qalib gəlib. “Tottenhem” isə “Aston Villa” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
“Arsenal” “Nyukasl”ın qonağı olub və minimal hesabla qalib gəlib.
İlk turun mərkəzi görüşü Mançester şəhərində keçirilib. “Mançester Yunayted” doğma azarkeşləri önündə “Çelsi”ni sınağa çəkib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.
İngiltərə Premyer Liqası, 1-ci tur
9 avqust
Liverpul – Norviç 4:1
Qol: Heynli, 7-öz qapısına. Salah, 19. Van Dayk, 28. Oriqi, 39 – Pukki, 64.
10 avqust
Vest Hem – Mançester Siti 0:5
Qol: Q.Jesus, 25. Sterlinq, 51; 75; 90+1. Aquero, 86.
Bornmut – Şeffild Yunayted 1:1
Qol: Mepham, 62 – Şarp, 88.
Bernli – Sauthempton 3:0
Qol: Barnes, 63; 70. Qudmundsson, 75.
Kristal Pelas – Everton 0:0
Uotford – Brayton 0:3
Qol: Dukure, 28-öz qapısına. Andone, 65. Maupay, 77.
Tottenhem – Aston Villa 3:1
Qol: Ndombele, 73. Keyn, 86; 90 – Makqinn, 9.
11 avqust
Lester – Vulverhempton 0:0
Nyukasl – Arsenal 0:1
Qol: Obameyanq, 58.
Mançester Yunayted – Çelsi 4:0
Qol: Reşford, 18-pen; 67. Marsyal, 65. D.Ceyms, 81.
Bombardir: Rahim Sterlinq (Mançester Siti) – 3 qol.
Bizi Facebook-da izləyin