Defo yenidən İngiltərədə
İngiltərə millisinin sabiq üzvü Cermeyn Defonun yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 39 yaşlı hücumçu “Sanderlend”lə müqavilə imzalayıb. Bu barədə İngiltərə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Defo mövsümün sonuna qədər “Sanderlend”də çıxış edəcək.
Defo 2015-2017-ci illərdə də “Sanderlend”də çıxış edib. İngilis hücumçunun son klubu Şotlandiya “Reyncers”i olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin