İngiltərə millisinin forvardı klubsuz qaldı

Futbol üzrə İngiltərə yığmasının hücumçusu Denni Uelbek klubsuz qalıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu geridə qalan mövsümdə formasını geyindiyi “Uotford”dan ayrılmağa qərar verib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Uelbek 2019-cu ilin yayında “Uotford”a transfer olunmuşdu. “Mançester Yunayted”in yetirməsi olan futbolçu, qısa müddət “Preston Norz End” və “Sanderlend”də icarədə də oynayıb. 2014-2019-cu illər aralığında isə o, “Arsenal”ın uğurları üçün çalışıb. İngiltərə yığmasında 42 oyun keçirmiş forvard, 16 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button