AÇ-2020: Sautqeyt “hazırıq” dedi
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2020-nin finalı çərçivəsində İtaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Sautqeyt, matçla bağlı bunları deyib:
“Kraliçadan məktub almaq gözəldir. Finala qələbə qazanmaq üçün gəlmişik. Kuboku qazanmaq istəyirik.
Oyuna taktiki olaraq hazırıq. İstəyirik ki, bənzərsiz bir şey edək. Bu, bizim xatirəmizdir. Keçmişdə olanlar vacib deyil. Keçmişə hörmət edirik, ancaq indi olan əsasdır”.
Bu gün keçiriləcək İngiltərə – İtaliya matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin