“Foden üçün xoşbəxtəm” – Sautqeyt
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Şotlandiya ilə yoldaşlıq oyunundan (3:1) sonra komandanın yarımmüdafiəçisi Fil Fodeni tərifləyib.
Komanda.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis Foden üçün xoşbəxt olduğunu bildirib:
“Mən Foden üçün xoşbəxtəm. Media daim onun haqqında soruşur. Bu gün o qol vurdu və yaxşı oyun göstərdi. Onun topsuz işi xüsusi diqqətə layiqdir, buna çox vaxt diqqət yetirilmir. O, pressinqdə və əks pressinqdə müstəsna keyfiyyətlər nümayiş etdirdi”.
İngiltərə yığması növbəti yoldaşlıq oyununu oktyabrın 13-də Avstraliya ilə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin