
Millinin baş məşqçisi ilə yeni müqavilə imzalanacaq
İngiltərə Futbol Assosiasiyası (FA) millinin baş məşqçisi Qaret Sautqeytin müqaviləsini uzadacaq.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, tərəflər arasında yeni sözləşmə 2026-cı ilin yayına qədər olacaq.
Sautqeytin hazırkı müqaviləsi isə 2024-cü ilin dekabr ayına qədər nəzərdə tutulub.
İngiltərə yığması bu yay AÇ-2024-ün əsas mərhələsində iştirak edəcək. Millinin qrup mərhələsindəki rəqibləri Sloveniya, Danimarka və Serbiya komandalarıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin