“Levandovski “qızıl top”u qazanmasa…”
İngiltərə milli komandasının sabiq futbolçusu Piter Krauç “qızıl top” mükafatına namizədini açıqlayıb.
Komanda.az xəbər verir ki, “Mirror” nəşrinə danışan keçmiş hücumçu, “Bayern”in futbolçusu Robert Levandovskinin “qızıl top”a layiq olduğunu deyib:
“Lionel Messi namizədlər arasındadır. Namizədlərin kimlər olmasıyla bağlı mübahisə etmirəm. Amma düşünürəm ki, bu mükafatı Levandovski qazanmalıdır. Hələ mövsüm təzə başlayıb, artıq 22 qolu var. Hər dəfə Messi və Kriştiano Ronaldo “qızıl top”u alır. Lakin bu dəfə Levandovski buna layiqdir. Levandovski “qızıl top”u qazanmasa, onunla zarafat etmiş olacaqlar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin