AÇ-2020: “Şotlandiya ilə heç-heçə etmək pis nəticə deyil”
İngiltərə milli komandasının hücumçusu Harri Keyn AÇ-2020-nin qrup mərhələsinin ikinci turunda Şotlandiyaya qarşı keçirdikləri oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Keyn, 0:0 hesabıyla bitən matçı belə şərh edib:
“Nəticə normaldır. Şotlandiya ilə heç-heçə etmək pis nəticə deyil. Rəqib yaxşı müdafiə olundu. Ən yaxşı oyunumuzu oynamadıq. Bir xal qazanaraq, irəli bir addım atdıq. Bir neçə gün sonra növbəti oyunumuz var. Hazırlaşmalı və daha yaxşı oynamalıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin