
İngiltərə məğlub oldu, Makqreqor 1 milyon avro qazandı!
İrlandiyalı qarışıq döyüş ustası, yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqor Avropa çempionatının final oyununun nəticəsinə mərc edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, irlandiyalı idmançı İspaniya millisinin qələbəsinə inanıb və bank hesabını bir milyon avro ilə artırıb.
İspaniya və İngiltərə yığmaları arasında final oyunu dünən Berlindəki stadionda baş tutub. 2:1 hesablı qələbəni bayram edən ispanlar 4-cü dəfə Avropa çempionu olub. Bu, tarixdə rekord göstəricidir.
İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes turnirin ən yaxşı futbolçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin