İngiltərə klubunun futbolçusunda dopinq aşkarlandı

İngiltərə Çempionşip təmsilçisi “Hall Siti”nin cari mövsümün əvvəli heyətinə qatdığı Oskar Sambranoda dopinq aşkarlanıb.

Komanda.az xəbər verir ki, Ekvador klubu “LDU Kido”dan icarə əsasında “pələnglər”ə keçən 20 yaşlı hücumçunun dopinq testi müsbət nəticələnib.

Oyunçunun durumu ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunub.

Sambrano cari mövsüm “Hall Siti”nin heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button