İngiltərə klubundan kapitanla yeni müqavilə
İngiltərənin “Everton” klubu kapitanı Şimus Koulmenlə müqavilə müddətini 2025-ci ilin yayına qədər uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu, müdafiəçinin “Everton”dakı 16-cı və son mövsümü olacaq. 35 yaşlı oyunçu 2009-cu ildə İrlandiyanın “Slayqo Rovers” klubundan “Everton”a 60 min funt-sterlinq qarşılığında transfer edilib və Liverpul komandasının heyətində ümumilikdə 422 oyun keçirib.
Ötən mövsüm Koulmen İngiltərə Premyer Liqasında 12 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin