İngiltərə klubu “Yuventus”dan Kyeza ilə bağlı məlumat istəyib

“Arsenal” İtaliya millisinin və “Yuventus”un vingeri Federiko Kyeza ilə maraqlanır.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir. “topçular” “qoca sinyora”dan futbolçunun transferi ilə bağlı məlumat istəyib.

Kyeza ilə İngiltərənin digər klubu “Tottenhem” də maraqlanır. Daha əvvəl “Tottenhem”in italyan futbolçu üçün 30-35 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Kyeza ötən mövsüm 37 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Futbolçunun Turin nəhəngi ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button