İngiltərə klubu nəzarət paketini ABŞ şirkətinə satıb
İngiltərənin “Lids” klubu nəzarət paketini ABŞ-ın “49ers Enterprises” şirkətinə satdığını elan edib.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, şirkət klub üçün təxminən 200 milyon avro ödəyib.
“Lids”ə əvvəllər klubun sədr müavini və idarə heyətinin üzvü olan Paraaq Marathe rəhbərlik edəcək. O, 2017-ci ildən “Lids”in əksər hissələrinin sahibi olan Andrea Radrizzanini əvəz edəcək.
“Lids” ötən mövsüm Premyer Liqanı 19-cu pillədə başa vurub və aşağı liqaya düşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin