“Bayern”in 45 milyon avroluq təklifi rədd edilib
“Bayern” “Fulhem”in yarımmüdafiəçisi Joao Palinyanın transferi üzərində işləməyə davam edir.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Fulhem” Münhen təmsilçisi tərəfindən gələn 45 milyon avroluq təklifi rədd edib.
Premyer Liqa klubu Palinyanı 58 milyon+9 milyon avro bonus qarşılığında satmağa hazırdır. Klublar ötən yay belə maliyyə şərtləri ilə razılaşsalar da, sonda portuqaliyalı futbolçunun transferi baş tutmamışdı.
28 yaşlı futbolçu 2023/024 mövsümündə 39 rəsmi oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Palinya 2022-ci ilin yayından “Fulhem”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin