De Yonq İngiltərə klubunun maraq dairəsindədir

“Arsenal” heyətini gücləndirməyə hazırlaşır. Baş məşqçi Mikel Arteta komandasına yaradıcı və təcrübəli futbolçu əlavə etmək niyyətindədir. Bu məqsədlə “topçular”ın əsas hədəflərindən biri “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqdur.

Komanda.az “Fichajes”-ə istinadən “Arsenal” rəhbərliyi niderlandlı futbolçunun vəziyyətini yaxından izləyir.

Hazırda De Yonqun “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Bu isə o deməkdir ki, gələn yay 28 yaşlı futbolçu azad agent statusu qazanacaq. Məhz bu səbəbdən, Kataloniya klubu artıq 2025-ci ilin qışında onu satmağı planlaşdıra bilər. Əks halda, yayda onu pulsuz itirmək riski var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button