Kubokun yarımfinal matçına azarkeşlər buraxılacaq – İngiltərədə
İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsinin “Lester” – “Sauthempton” matçı azarkeşlərin iştirakı ilə keçiriləcək.
Komanda.az xəbər verir ki, aprelin 18-də “Uembli” stadionunda oynanılacaq qarşılaşmaya 4 min azarkeş buraxılacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Fanatlar matçdan 24 saat əvvəl koronavirus testi verməli olacaqlar. Nəticələri mənfi olan azarkeşlər tribunaya buraxılacaq. Komandalarını dəstəkləməyə gələn azarkeşlər tribunada sosial məsafə və maska qaydalarına əməl etməlidirlər.
İngiltərədə koronavirus pandemiyasına görə bu ilin yanvarından stadionlara azarkeşlər buraxılmır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin