İngilislər də Rusiyada yayımı dayandırdı
İngiltərə Premyer Liqası və kubokunun oyunlarının Rusiyada yayımı dayandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Qərarın yaxın 24 saatda rəsmən açıqlanacağı gözlənilir.
Daha əvvəl “böyük beşlik” ölkələrindən Fransa da Liqa-1-in Rusiya ərazisində yayımına qağada qoyub.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin