Keynin “Tottenhem”dən tələbi
İngilis hücumçu Harri Keynin “tvitter” hesabı vasitəsilə “Tottenhem”də qalacağını açıqladığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu London klubunda qalması qarşılığında rəhbərlikdən məvacibinin artırılmasını istəyib. Bu barədə “The Times” nəşri məlumat yayıb.
Hazırda həftəlik 340 min avro qazanan hücumçu, bu məbləğin 450 min avroya qaldırılmasını istəyir. Keyn klub nümayəndələri ilə danışıqları davam etdirir.
Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin