İngilis futbolçuya klubu tərk etməsi üçün 10 milyon verirlər

“Mançester Yunayted” müdafiəçisi Harri Maquayr başqa kluba keçəcəyi təqdirdə, ona 10 milyon funt-sterlinq ödəməyə hazırdır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Maquayr mövsümün sonunda “Mançester Yunayted”dən ayrılmağa yaxındır. İngiltərə kubokunun finalında “Mançester Siti” ilə qarşılaşma onun “Mançester Yunayted”də son oyunu ola bilər.

Məlumatda bildirilir ki, “Mançester Yunayted” Maquayrın keçidindən təxminən 30 milyon avro qazanacağını gözləyir.

İngilis müdafiəçi gedərsə, “Mançester Yunayted” ona 10 milyon funt-sterlinq ödəməyə hazırdır – müqavilə üzrə qalan iki il üçün ödənilməli olan məbləğin yarısı.

Eyni zamanda, qeyd edilir ki, MY Maquayrı klubu tərk etməyə məcbur etmək niyyətində deyil və ona gələcəyi ilə bağlı qərar vermək hüququ verəcək.

Maquayrın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. 30 yaşlı müdafiəçi bu mövsüm Premyer Liqada 16 oyuna çıxıb və qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button