MS 117 milyon avroya aldığı futbolçunu satmayacaq

“Mançester Siti”nin vingeri Cek Qriliş komandada qalacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu növbəti mövsümdə də Pep Qvardiolanın komandasında çıxış edəcək.

Daha əvvəl bildirilmişdi ki, “Mançester Siti” üç il əvvəl 117,5 milyon avro ödədiyi Qrilişi yayda satmaq istəyir. İngiltərə millisinin futbolçusu ilə “Bayern” və “Çelsi” klubları maraqlanır. 

Qriliş Premyer Liqanın son mövsümündə 20 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button