İnfantino üçün rəqib – Veqa
Canni İnfantino yenidən FİFA prezidenti seçiləcək.
Komanda.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, İnfantino növbəti prezident seçkilərində 196 federasiyanın dəstəyini qazanacaq. Onun yeganə rəqibinin isə “Tottenhem”in və İsveçrə millisinin keçmiş futbolçusu Ramon Veqa olduğu bildirilir.
FİFA məsələylə bağlı açıqlama verməkdən imtina edib.
Prezident seçkiləri üçün namizədliyin son tarixi 5 fevraldır. FİFA-nın növbəti prezident seçkiləri bu il iyunun 5-də, Parisdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin