FİFA prezidenti yeni təklif irəli sürüb
FİFA prezidenti Canni İnfantino futbolçuların dəyərinin müəyyənləşdirilməsinə yanaşmanın dəyişdirilməsini təklif edib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, İnfantino oyunçuların qiymətinin müəyyən edilməsi üçün alqoritmdən istifadə edilməsinin lazım gəldiyini deyib:
“İndi bizim üçün bu və digər mövzular haqqında danışmaq həmişəkindən daha vacibdir. Məsələn, transfer sistemində şəffaflığı artırmaq və maraqlı tərəflərə kömək etmək üçün transfer haqqının ədalətli dəyərini qiymətləndirmək üçün alqoritmdən istifadə imkanlarının müzakirəsi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin