İnfantino söz verdi

FİFA prezidenti Canni İnfantino qurumun Ruandada keçirilən 73-cü konqresində yenidən rəhbər postuna seçilməsinə münasibət bildirib.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, İnfantino, daim futbola xidmət edəcəyinə söz verib:

“Bu, inanılmaz şərəf və imtiyazdır, həm də, böyük məsuliyyətdir. Söz verirəm ki, FİFA-ya və bütün dünyada futbola xidmət etməyə davam edəcəm. Məni sevənlər və mənə nifrət edənlərin çox olduğunu bilirəm. Hamınızı sevirəm.

FİFA-nın gəlirləri koronavirusun sürətlə yayıldığı bir dövrdə rekord həddə (2022-ci ilə qədər) 7,5 milyard avroya yüksəldi. Mən təşkilata qoşulduqda onun ehtiyatları təxminən 1 milyard avro idi, bu gün onlar demək olar ki, 4 milyard avroya çatır”.

FİFA prezidenti həmçinin, təşkilatın şəffaflığı artırmaq üçün transfer sisteminə yenidən baxmağa davam edəcəyini bildirib və maaş həddini müzakirə etməyi təklif edib.

İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button